Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Ankaragücü”dəki çıxışı rəhbərlik və azarkeşlərin ürəyincə deyil.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı forvard artıq komandadakı mövqeyini itirmək üzrədir.

Paytaxt təmsilçisinin I Liqanın 20-ci turunda “Şanlıurfa”nı 1:0 hesabı ilə məğlub etdiyi səfər qarşılaşmasında Dadaşov ikinci hissədə meydanda olub. Lakin onun performansı narazılığa yol açıb. “Ankaragücü” məhz fasilədən sonra vurduğu yeganə qol sayəsində qalib gəlsə də, Dadaşovun hücum xəttində komandaya heç bir xeyir vermədiyi vurğulanıb. Bu da onun klubdakı gələcəyini şübhə altına atır.

Qeyd edək ki, Renat Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Shares: