Keylor Navas karyerasına Cənubi Amerikada davam edəcək. 38 yaşlı qapıçı yeni klub tapıb.

Futbolinfo.az xəbər verir ki, PSJ-dən ayrılaraq sərbəst oyunçu olan kosta-rikalı “Nyuells Old Boys”la anlaşıb. Argentina klubu yaydan bəri klubsuz olan qolkiperlə bir illik müqavilə bağlayıb.

Navas bununla 15 illik Avropa macərasına yekun vurub. “Albasete”, “Levante”, “Nottingem Forest” və PSJ-də oynamış Navas, 2014-19-cu illərdə “Real”ın şərəfini qoruyub.

Shares: