Daha bir futbolçu Avropanı MLS-ə dəyişib. “Çikaqo Fayr” “Selta”nın vingeri Conatan Bambanı transfer edib.

Futbolinfo.az xəbər verir ki, ABŞ klubu 28 yaşlı oyunçu üçün ispanlara 3,5 milyon avro ödəyib. Bamba 2027-ci ilin sonunadək müqavilə bağlayıb. Anaşmanın daha bir il uzadılması mümkündür.

Kot d ivuarlı vinger ilk dəfədir ki, hansısa kluba transfer olunur. O, 2023-cü ildə Viqo klubuna keçənədək Fransada müxtəlif komandalarda çıxış edib. Hər dəfə də Conatan ya icarəyə verilib, ya da iş yerini azad agent kimi dəyişib.

Shares: