Sreçko Katanets istefa verib. Özbəkistan millisinin baş məşqçisi öz istəyi ilə postundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, 2021-ci ilin avqustundan bu postu tutan sloveniyalı mütəxəssisin anlaşması yayda başa çatacaqdı. Lakin sağlamlıqla bağlı problemlər yaşadığından, o, asiyalılarla yolları erkən ayırıb.
Bir sıra yığmalarda və klublarda işləmiş 61 yaşlı məşqçinin xələfi tezliklə bəlli olacaq. Özbəkistan Futbol Federasiyası artıq axtrışa başlayıb.