“Norway Chess 2025” mötəbər şahmat yarışının təşkilatçıları mayın 29-dan iyunun 6-dək Stavangerdə keçiriləcək turnirin iştirakçılarının siyahısını açıqlayıb.
Həmin siyahı ilə sizi tanış edirik:
Maqnus Karlsen (Norveç)
Qukeş Dommaraju (Hindistan)
Hikaru Nakamura (ABŞ)
Fabiano Karuana (ABŞ)
Arjun Erigaisi (Hindistan)
Vey Yi (Çin).
Xatırladaq ki, turnirin hazırkı qalibi norveçli qrossmeyster Maqnus Karlsendir. Ötən il Karlsen final mərhələsində amerikalı Fabiano Karuananı məğlub etmişdi.