“Milan” Kayl Uolkeri heyətinə qatmağa yaxındır. “Şəhərlilər”dən ayrılmaqda israr edən cinah müdafiəçisi İtaliya klubu ilə razılığa gəlib.
Futbolinfo.az xarici mətbuata istinadla xəbər verir ki, Uolker şəxsi müqaviləsinin detallarını razılaşdırıb. İndi klubların ortaq məxrəcə gəlməsi qalır. “Milan” müdafiəçini mövsümün sonunadək icarəyə götürmək, yayda birdəfəlik almaq niyyətindədir.
34 yaşlı Kaylın mançesterlilərlə müqaviləsi 2026-cı ilin yayında bitir. Onun transfer dəyəri 10 milyon avrodur. 8 ildir “şəhərlilər”in şərəfini qoruyan sağ cinah oyunçusu bütün karyerasını İngiltərədə keçirib.