Rumıniyanın FCSB klubunun baş məşqçisi Elias Xaralambus UEFA Avropa Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, kiprli mütəxəssis oyunun maraqlı keçəcəyini düşünür:

“Qarabağ” komandasında əhəmiyyətli şəxs dünyasını dəyişib, başsağlığı diləyirəm. “Qarabağ” çox güclü komandadır. Nailiyyətləri çoxdur və Avropada öz sözünü demiş komandadır. İnanıram ki, maraqlı oyun bizi gözləyir. Sabahki oyun çətin olacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov uzun müddətdir bu postdadır. Çox peşəkar komandadır. Əsas sabahkı oyuna diqqətimizi yönəltmişik. Statistikalarda komandaların qapıya vurduğu zərbələrə baxsaq, çox yaxşı vəziyyətdəyik. İnanıram ki, komandam tapşırıqları sabah düzgün yerinə yetirəcək. Bu oyun bizim üçün çox vacibdir. Amma ehtiyatı əldən verməməliyik. Bəzən cədvəldə hansısa klubun xalının az olması bizi çaşdırmamalıdlr. Bundan sonraki oyunlarımız var, ona görə, ciddi yanaşmalıyıq.

Əsas komandanın bir çox üzvü zədəlidir. Komandamız böyükdür, hər kəs oynamaq istəyir. Digər oyunçulara şans verəcəyik. Çalışacağıq ki, bu oyunçuların yoxluğu hiss olunmasın”.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun “Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” turnir cədvəlində 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Shares: