Stas Pokatilovun “Sabah”a transferi ölkəsi Qazaxıstanda birmənalı qarşılanmayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Azərbaycan klublarının transfer bazarındakı fəallığı sayəsində daxili çempionat son vaxtlar daha böyük maraq doğurur. Lakin qazaxıstanlılar Pokatilovun doğru seçim etməsinə şübhə ilə yanaşırlar. Çünki 32 yaşlı qolkiperin hazırda “Sabah”ın əsas çərçivə qoruyucusu Yusif İmanovla rəqabətdən qalib ayrılmaq şansı az göstərilir: “Stasın oradakı əsas rəqibi Azərbaycan millisinin də qapısını qoruyan 22 yaşlı Yusif İmanovdur. Həmyerlimizin gənc qolkiperi əsas heyətdən çıxarması heç də asan olmayacaq. Bu üzdən “Sabah”a keçid Pokatilov üçün riskli addım oldu”.

Qeyd edək ki, Stas Pokatilovun son klubu ölkəsində “Tobol” olub.

Shares: