Karate qol və ayaqlarla təpik, zərbə və müdafiə blokundan istifadə edilən silahsız intizamlı döyüş sənətidir. Bu idmanla məşğul olmaq dəqiqlik tələb edir.
Süleyman Həsənov karateni özü üçün həyat yolu seçənlərdəndir. Gəncəli idmançı bu idman növündə uğur qazanmağı qarşısına məqsəd qoyub.
Süleyman 11 yaşından başlayaraq karate ilə məşğul olur: “11 yaşımdan məşqlərə başladım, daha sonra marağım daha da artdı. Nailiyyətlər sıralandıqca karateni dha çox sevdim. İdmanda udmaq da var, uduzmaq da var. Bir çox nailiyyətiin olmasına baxmayaraq, məğlubiyyətdən sığortalanmamışam. Amma mən uduzanda da pis olmuram, əksinə, daha yaxşı olmaq üçün üzərimdə çalışmağa davam edirəm”.
Karatedə əsas nüanslardan biri vurğudur. Vurğu bədənin gücünü mümkün qədər təsir nöqtəsində və anında cəmləşdirməkdir. Çarpıcı səthlərə əllər, ayaq topuğu, daban, ön qol, diz və dirsək daxildir. Hamısı yastıqlı səthlərə praktik zərbələrlə sərtləşdirilir. Artıq ustalaşdıqdan sonra bir neçə düym qalınlığa qədər olan şam lövhələri bir mütəxəssisin çılpaq əli və ya ayağı ilə qırıla bilər. Eyni zamanda zamanlama, taktika və ruh, hər biri ən azı fiziki sərtləşmə qədər vacibdir: “Lap uşaq vaxtımdan bəri karate ilə məşğul olmaq istəyirdim. Valideynlərim məni bu idman sahəsinə həvəsləndirdi. İdman özü sağlamlıqdır. Pis vərdişlərdən uzaq olursan. İndi digər valideynlərə səslənmək istəyirdəm: siz də övladlarınızı idmana yönəldin”.
Əslində hər bir idmanın fərqli və maraqlı tərəfləri var. Ancaq bəzi qaydalar var ki, onu elə Süleymanın özündən öyrənsək, daha yaxşı olar: “Karatedə 3 təməl əsas var. Bunlardan biri olmasa, digəri alınmır. Karatedə hərəkətlər çoxdur – əl hərəkətləri, ayaq hərəkətləri. Bunlar biri-birindən fərqlənir”.
Bir sıra yarışlarda qalibiyyətləri ilə qurur hissi yaşadan Süleyman bizə nailliyyətləri haqqında da danışdı. Bir çox turnirlərdə, yarışlarda iştirak edib, uğur qazanmasına baxmayaraq, gəncimizin gələcək xəyalları da böyükdür: “Arpaçay Open” turnirində mükafatçı olmuşam, başqa bir qran-pridə finala yüksəlmişəm. Digər yarışlarda uğurlarım çoxdur. Əsas olan idmanla mütəmadi məşğuliyyət, ruhdan düşməməkdir. Davamlı məşqlər edirsənsə, intizamı qoruyursansa, nəticələr də olacaq. Bütün gənclərə səslənirəm ki, idmanla məşğul olsunlar. İdman sağlamlıqdır. Fərqi yoxdur, karate və ya başqa idman növü olsun”.
BƏHRUZ MUSAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu