Hündürlüyə tullanma üzrə 2020-ci ilin olimpiya çempionu Canmarko Tambieri sosial media səhifəsində sirli mesaj yazıb. İdmançı qara fonda mətn yazaraq mühüm qərarını açıqlayıb.
“Bəlkə də bu qərarı vermək vaxtı çatıb…” – deyə Tambieri sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, 2024-cü il Olimpiadasında Canmarko Tambieri 2,27 m hündürlüyü keçə bilməyərək 11-ci nəticə göstərmişdi. Parisdə Olimpiada zamanı idmançı böyrəklərindəki problemləri açıqlamışdı. Finalda iştirakı şübhə altına olsa da, atelt yarışa qatıla bilmişdi.
Xatırladaq ki, Olimpiadada qələbəni yeni zelandiyalı Həmiş Kerr (2.36 m) qazanmışdı.