Belçikalı atlet Domyen Mişelsin dopinq-testində qadağan olunmuş maddələr aşkarlandığı üçün 2024-cü ildə Parisdə keçirilən Olimpiadada göstərdiyi nəticə ləğv edilib. Bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (ITA) mətbuat xidməti məlumat yayıb.
Onun 2024-cü il avqustun 3-də yoxlanılmasının belə bir nəticə verdiyi qeyd edilir. İdmançının bədənində göz xəstəliklərinə kömək edən dorzolamid tapılıb. Oftalmologiya istisna olmaqla, dərmanın hər hansı digər istifadəsi qaydalarla qadağandır.
İdmançı dərmanı öz itinin gözünə damcılayanda bədəninə daxil olduğunu sübut edib. Mişels günahkar bilinsə də, o bu hərəkətlərində heç bir səhv olmadığını sübuta yetirə bilib. Bütün bunları nəzərə aldıqdan sonra İTA Mişelsin komanda yarışındakı nəticəsini təsdiqləsə də, belçikalının fərdi turnirdə 22-ci yer tutmasını ləğv edib.
Xatırladaq ki, Mişels at yarışlarında çıxış edir.