Əfsanəvi çexiyalı hücumçu Yaromir Yaqr “Kladno” klubunun səhmlərinin 80%-ni satır. Bu barədə “Kladenský deník” xəbər verib.
Yanvarın 30-da Yaqr və iş adamı Tomas Drastil arasında klubun səhmlərinin böyük hissəsinin forvard tərəfindən satışı ilə bağlı müqavilə imzalayacaqları mətbuat konfransı keçiriləcək. Xatırladaq ki, Yaqr 2011-ci ildə “Kladno”nun nəzarət paketini əldə edib.
Artıq ilkin razılaşma hazırlanıb və ona əsasən, Yaqr “Kladno”da 20% payı özündə saxlayacaq. Çexiyalı hokkeyçi bu mövsümün sonunda peşəkar karyerasını bitirəcəyini də bildirmişdi.
Bu mövsüm 52 yaşlı hücumçu və “Kladno”nun sahibi mövsümün 26 matçında meydançaya çıxıb və 11 xal toplayıb. Onun aktivində 4 qol və 7 məhsuldar ötürmə var.