“Borussiya” Kevin Şadı heyətinə qatmaq istəyir. Dortmundlular ona “Napoli”yə keçəcəyi gözlənilən Kərim Adeyemiyə xələf gözü ilə baxır.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu yanvarın sonuna kimi Adeyemini heyətinə qatmaq istəyir. Neapollular almanlara ilk təklifi göndəriblər. Hücumçunun özünün də getməkdə maraqlı olması Bundesliqa təmsilçisini alternativlər axtarmağa vadar edib. “Brentford” isə 23 yaşlı hücumçusu üçün 50-60 milyon avroluq təklif gözləyir.
Nigeriya əsilli oyunçunun Almaniya vətəndaşlığının olması “Borussiya”nı həvəsləndirib. “Brentford” Şadı 2 il öncə digər Bundesliqa klubu olan “Frayburq”dan 12 milyon avroya alıb. Onun ingilislərlə müqaviləsi2028-ci ilin yayında başa çatacaq.