Dünən “Şamaxı”dan ayrılan Emin Zamanovun yeni iş yeri bəlli olub. Gənc yarımmüdafiəçi gözlənilmədən II Liqa klubuna keçib.
Futbolinfo.az xəbər verir ki, I Liqaya yüksəlməyi hədəfləyən “Şəfa” heyətini gücləndirir. Klubun himayədarları böyük pullar xərcləməyə başlayıb. Təsadüfi deyil, Zamanov Premyer Liqada qazandığından daha yaxşı maaş təklif olunub. Elə “İmişli”dən Tərlan Quliyev də 4 min manat maaşa görə daha aşağı liqaya getməyə razılaşıb. Amil Yunanovun keçidini də rəsmiləşdirən “Şəfa” ilk pilləyə iddialıdır.
13 oyuna 34 xal toplayan “Şəfa” ən azı 2-ci pillədə qalmaq, daha sonra pley-off matçlarında qalib gələrək I Liqaya yüksəlmək niyyətindədir. Böyük hədəfləri olan klub vaxtilə “Şəfa” adlanan “ASK Arena”nı icarəyə götürmək və ot örtüyünü dəyişmək niyyətindədir.