“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Adrian Florin Pit bu gün Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda keçiriləcək “Qarabağ” – FCSB oyunu barədə danışıb.
Futbolinfo.az-a açıqlama verən keçmiş futbolçu rəqibin səhvindən daha çox yararlana biləcək komandanın qalib gələcəyini deyib: “Bu oyunun taleyi hansı komandanın daha ağıllı olacağından asılıdır. Çünki hər iki klub yaxşı futbolçulardan qurulmuş əla komandadır. Yüksək keyfiyyətlərə malik oyunçulardan ibarət heyətə sahibdirlər. Matçın taleyini rəqibin səhvindən yararlana biləcək komanda həll edəcək. Düşünürəm ki, bizi çox maraqlı qarşılaşma gözləyir”.
Qeyd edək ki, “Qarabağ” – FCSB görüşü bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start görürəcək.