AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 19-cu turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, “Kəpəz”lə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimələnib.

Tovuzlular azarkeşlərinin meydançaya kənar əşyalar atmaları səbəbindən daha 800 manat ziyana düşüb. Bununla yanaşı, “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsüm 3-cü dəfə təkrarlandığından, bölgə klubu 1000 manat cərimə edilib. Azarkeşlər tərəfindən pirotexniki vasitədən də istifadə olunub ki, bu da “Turan Tovuz”u əlavə 1500 manat xərcə salıb.

“Sabah”la ev qarşılaşmasında meydançaya kənar şəxsin daxil olması ucbatından “Neftçi” 800 manat cərimələnib.

Shares: