“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində 7-ci turda FCSB ilə ev oyununun statistikası açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq, statistika fərqli göstəriciləri ortaya qoyur.

Belə ki, bir çox statistik məqamlarda təmsilçimiz rəqibini üstələyib. Bura topa sahib olma, ötürmələrin sayı da daxildir. Rumıniya klubunun ən diqqətçəkən üstünlüyü isə qapı istiqamətində vurulan zəbə sayı olub.

“Qarabağ” – FCSB

Qollar – 2:3

Zərbələr – 8:9

Çərçivəyə zərbələr – 1:5

Çərçivəyə düşməyən zərbələr – 5:2

Bloklanan zərbələr – 2:2

Künc zərbələri – 7:4

Oyundankənar vəziyyət – 1:2

Topa sahibolma faizi – 64:36

Ötürmələr – 470:256

Dəqiq ötürmələr – 389:188

Ötürmələrin dəqiqlik faizi – 83:73

Qapıçı seyvi – 2:0

Sarı vərəqələr – 2:3

Cərimə zərbələri – 10:23

Shares: