Kürdəmirdə 2 Fevral – Gənclər Gününə həsr olunan stolüstü tennis üzrə gənclər arasında rayon turniri keçirilib. Yarışın təşkilində əsas məqsəd bu idman növünə rayonda marağı artırmaq, eləcə də məktəblilər arasında möhkəm dostluq əlaqələri yaratmaqdan ibarət olub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə 30 nəfər idmançı öz gücünü sınayıb. Yekunda qaliblər müəyyənləşib.

Oğlanlar

I yer – İslamzadə Elgün

II yer- Abdullayev Nicat

III yer – İsmayılov Aqşin

Qızlar

I yer – Pənahova Dəniz

II yer- Ələkbərova Samirə

III yer – Qədirova Fidan

Qaliblər təşkilatçılar tərəfindən təsis edilən diplom və medallarla təltif olunub.

Shares: