Tennis üzrə Avstraliya Açıq Çempionatında (Australian Open) son finalçının da adına aydınlıq gəlib. Kişilərin mübarizəsində ikinci yarımfinal oyununda Yannik Sinnerlə Ben Şelton qarşılaşıblar.

İlk set gərgin alınıb. 11-ci geymdə ABŞ-li Şelton breyk edə bilib. Lakin dərhal da italyan tennisçi bunun əvəzini çıxıb. Beləliklə də, ilk setin qalibi tay-breykdə müəyyənləşib. Burada daha dəqiq olan Sinner qələbə qazanıb.

Keçən il çempionatda qalib olan Yannik növbəti iki seti rahat qazanıb – 6:2, 6:2. Bununla da o, finala vəsiqəni təmin edib.

Xatırladaq ki, həlledici görüşdə Yannik Sinenrin rəqibi dünya reytinqinin iki nömrəsi Aleksandr Zverev olacaq.

Shares: