Basketbol üzrə Avroliqa turnirində 23-cü tura yekun vurulub.

Çempionatın lideri “Olimpiakos” doğma arenada əsas rəqibi “Fənərbaxça”nı qəbul edib. Oyunun əvvəli meydan sahiblərinin üstünlüyü ilə keçib. Lakin böyük fasiləyə qədər qonaqlar hesabda önə keçə biliblər. 3-cü periodda Türkiyə təmsilçisi üstünlüyünü 10 xala çatdırıb. “Olimpiakos” nə qədər çalışsa da, məğlubiyyətdən (77:87) xilas ola bilməyib.

Almaniya derbisində, gözlənildiyi kimi, “Alba” Berlində “Bayern”ə məğlub olub – 84:99. Son turlarda inamla çıxış edən “Barselona” ASVEL-lə qarşılaşmada 94:100 hesablı məğlubiyyətlə üzləşib.

23 turdan sonra “Olimpiakos” turnir cədvəlinə başçılıq edir. “Fənərbaxça” 2-ci, “Monako” isə 3-cü pillədə qərarlaşıb.

Shares: