Formula 1 avtomobillərinin fevralın 18-də Londonda keçiriləcək təqdimat mərasiminin təfərrüatları məlum olub. “Autosport”un məlumatına görə, tədbir təxminən 2 saat davam edəcək və hər komandaya səhnədə 7 dəqiqə vaxt ayrılacaq. Təqdimatlar arasında musiqili fasilələr olacaq.
Mənbənin sözlərinə görə, tədbirdə 2025-ci il avtomobillərin özləri deyil, livreyaları təqdim olunacaq. Bundan əlavə, Formula 1 rəhbərliyi komandalara tədbirdən əvvəl yeni geyimlərini nümayiş etdirməməyi əmr edib.
Bundan başqa, komandaların səhnəyə çıxma qaydasının onların keçən mövsümdə çempionatında tutduqları mövqeyə görə müəyyənləşəcəyi məlum olub. Beləliklə, təqdimatı “Kick-Sauber” açacaq , səhnəyə çıxacaq sonuncu komanda isə “McLaren” olacaq.