İngiltərə Premyer Liqasının XXIII turunda “Brayton”la səfərdə keçirilən matç “Everton”un baş məşqçisi David Moyes üçün əlamətdar olub.

Qonaqların 1:0 hesablı qələbəsi ilə bitən görüşdə təcrübəli mütəxəssis İngiltərə çempionatında 700-cü oyuna komanda çıxarıb. Şotland mütəxəssis Premyer Liqa tarixində bu qədər oyun keçirən üçüncü şəxs olub.

Belə göstəriciyə daha əvvəl “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger (828) və “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyuson (810) nail olub.

Shares: