Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən “2025 H&N” Kubokunda daha bir medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada (start-2) gümüş mükafat əldə edib.

V.Kalmıkov 236.0 xalla ikinci olub.

Xatırladaq ki, Vladislav Kalmıkov daha əvvəl bürünc mükafat da qazanıb.

Leyli Əliyeva isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq bürünc medala sahib çıxıb.

Shares: