“Sabah” heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.

Futbolinfo.az “Sport-Ekspress” nəşrinə istinadən xəbər verir ki, Bakı klubu özbəkistanlı yarımmüdafiəçi Umarali Rahmonaliyevlə anlaşmağa yaxındır.

Elvin Camalovun “Neftçi”yə keçidindən sonra dayaq yarımmüdafiəçisi axtarışına başlayan paytaxt təmsilçisi “Rubin”də çıxış edən Rahmonaliyevlə bu boşluğu dolduracaq. 21 yaşlı oyunçu Rusiya klubundan bir illik icarəyə götürüləcək.

“Rubin”lə müqaviləsi gələn ilin yayına qədər olan Umarali Rahmonaliyev Rusiya klubunun əsas komandasında 7 oyun keçirib.

Shares: