“Turan Tovuz” yeni transferi Rəhim Sadıxovun xidmətindən məhrum qalıb.
Futbolinfo.az saytı xəbər verir ki, yarımmüdafiəçi komandanın Misli Premyer Liqasındakı növbəti oyununu buraxmalı olacaq.
Buna səbəb 28 yaşlı pleymeykerin cari mövsümdə 4-cü sari vərəqəsini alması olub. O, 20-ci turda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri matçın 38-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Sadıxov mövsümün ilk yarısında “Sumqayıt”ın heyətində də passivinə 3 “sarı” yazdırmışdı. Beləliklə, cəzalı duruma düşən Rəhim fevralın 1-də 21-ci tur çərçivəsində “Səbail”lə keçiriləcək ev oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Sadıxov bu mövsüm Misli Premyer Liqasında ümumilikdə 18 oyun keçirib, 2 qol vurub.