AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 20-ci turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” oyununda yaşanan mübahisəli epizodla bağlı şərh verib.

Futbolinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis 90-cı dəqiqədə “Turan Tovuz”un vurduğu qol epizodu ilə bağlı fikrini bildirib.

O, hakimin doğru qərar qəbul etdiyini düşünür: “Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçünv hesaba alınır”.

Qeyd edək ki, oyun “Turan Tovuz”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: