Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Leyla Camalzadə – Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.

Ülvi Hüseynov – Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.

Shares: