İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada vurduğu qolların sayına görə “Arsenal”ın sabiq hücumçusu Tyerri Anrini keçib.
Futbolinfo.az “Opta Sport”a istinadən xəbər verir ki, bu İngiltərə çempionatının 23-cü turunda “Liverpul”un “İpsviç Taun”la (4:1) matçında reallaşıb.
32 yaşlı misirli oyunçu qarşılaşmanın 35-ci dəqiqəsində qol müəllifi olub. Bu, futbolçunun Premyer Liqaa 176-cı qolu olub. Salah bununla da “Arsenal”ın sabiq üzvü Anrini (175) geridə qoymağı bacarıb və ən çox qol vuranların siyahısında yeddinci pilləyə yüksəlib.
İngiltərə Premyer Liqasında ən çox qol vuran futbolçuların siyahısına “Nyukasl” klubunun sabiq hücumçusu Alan Şirer (260) başçılıq edir.