“Mercedes” yeni bolidinin təqdimat gününü açıqlayıb. Yeni maşını Formula 1 həvəskarları fevralın 24-də görə biləcəklər.
Avtomobil “W16 E Performance” adlanacaq. Şəkillər komandanın sosial şəbəkələrində yerləşdiriləcək.
Fevralın 25-də komandanın pilotları britaniyalı Corc Rassel və italiyalı Andrea Kimi Antonelli maşını Bəhreyndə sınaqdan keçirəcəklər. Fevralın 26-da “Mercedes” mövsümöncəsi sınaqlara başlayacaq.
Xatırladaq ki, ötən mövsüm “Mercedes” çempionatda dördüncü yeri tutmuşdu. Corc Rassel fərdi yarışda altıncı, onun komanda yoldaşı Lyuis Həmilton yeddinci olmuşdu.