İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis de la Fuente ilə müqaviləni uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə yeni müqavilə 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Luis de la Fuente 2022-ci ilin dekabrından İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının qalibi olub.