“Aston Villa” Xuan Foytu transfer etmək istəyir. İngiltərə klubu 27 yaşlı stopper üçün “Vilyarreal”a rəsmi təklif göndərib.
Futbolinfo.az xəbər verir ki, birmingemlilər Loik Badeni transfer etməyə çalışırdı. Lakin bu futbolçu “Sevilya”da qalmağa qərar verdi. Belədə “Aston Villa” diqqətini Foyta yönəldib.
Vaxtilə “Tottenhem”də oynayarkən İngiltərə Premyer Liqası təcrübəsi qazanan argentinalı 4 ildir La Liqada çıxış edir. Müqaviləsi 2026-cı ilin yayında bitəcək müdafiəçinin hazırkı bazar dəyəri 10 milyon avroyadək enib. “Aston Villa” bu məbləği ödəməyə hazırdır.