İspaniya La Liqasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu ada “Xetafe”ni çalışdıran Xose Bordalas layiq görülüb.
Komanda onun rəhbərliyi altında yanvarda 3 oyun keçirib, 7 xal toplayıb.
60 yaşlı mütəxəssis səsvermədə Karlo Ançelotti (“Real”) və Borxa Ximenesi (“Leqanes”) qabaqlayıb.
“Xetafe” La Liqada 14-cü sırada qərarlaşıb.