Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Omar Elabdellaui futbolçu karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.
2020-2022-ci illərdə İstanbul təmsilçisinin formasını geyinən norveçli oyunçu 17 oyunda meydana çıxıb. O, məhz “Qalatasaray”da oynadığı dönəmdə ehtiyatsızlıq nəticəsində bir gözünü itirmişdi. Norveçli yarımmüdafiəçinin sonuncu klubu “Bodo Qlimt” olub. O, Norveç yığmasında da 49 oyun keçirib.