Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu braziliyalı hücumçu Neymarla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Əl-Hilal” və Neymar qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməyə razılaşıblar. Klub Neymarın klubdakı karyerası ərzində gördüyü işlərə görə ona təşəkkürünü bildirib və futbolçuya uğurlar arzulayıb.

Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanında cəmi 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Daim zədələrdən əziyyət çəkən hücumçunun doğma “Santos”a qayıdacağı gözlənilir.

Shares: