“Çelsi”nin və Portuqaliya millisinin müdafiəçisi Renatu Veyqa “Yuventus”a keçib. Çoxdan gözlənilən transferi Turin klubunun mətbuat xidməti rəsmən açıqlayıb .
Turinlilər futbolçunu 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüb. 21 yaşlı Veyqa “qoca sinyora”nın heyətində 12 nömrəli formanı geyinəcək.
Veyqa keçən yay “Bazel”dən “Çelsi”yə transfer edilib. Mərkəz müdafiəçisi London təmsilçisində 18 oyun keçirib və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.