Corcinyo Veynaldum Avropaya qayıda bilər. “Monako” “Əl-İttifaq”ın yarımmüdafiəçisi ilə maraqlanır.
Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun yarımmüdafiəçisinin transfer dəyəri 5 milyon avrodur. Knyazlıq klubu niderlandlı ilə iki illik müqavilə bağlamaq niyyətindədir.
34 yaşlı Veynaldumun hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Amma ərəblər onunla vidalaşmağın əleyhinə deyil. “Monako” rəsmi təklif göndərsə, keçidin reallaşma ehtimalı yüksəkdir.
“Feyenoord”, PSV, “Nyukasl”, “Liverpul” və “Roma”da oynamış nderlandlının Fransa təcrübəsi var. O, 2023-cü ilin yayında məhz PSJ-dən “Əl-İttifaq”a 8 milyon avroya satılmışdı.