Almaniyanın “Mercedes” komandasının 18 yaşlı pilotu Andrea Kimi Antonelli sürücülük hüququ vəsiqəsi imtahanından uğurla keçdiyini bildirib.

Antonelli paylaşdığı şəklə “Missiya yerinə yetirildi” şərhini yazıb və onu sosial media səhifəsində yerləşdirib.

Xatırladaq ki, Antonelli 2019-cu ildə “Mercedes”in yeniyetmələrdən ibarət komandasına qoşulub. Formula 1-də İtaliya təmsilçisi 2024-cü il mövsümündə Monza Qran Prisində debüt edib. Qarşıdakı mövsümdə Antonellinin 26 yaşlı britaniyalı pilot Corc Rasselin komanda yoldaşı olacaq.

c714137c 0701 4a0c aac6 26c9608fb6d2 - Futbolinfo.az
Shares: