Yay fasiləsində Türkiyədəki təlim-məşq toplanışında zədələnən “Sumqayıt”ın müdafiəçisi İsa Suliman artıq fərdi məşqlərə başlayıb.
Bu barədə futbolinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
O bildirib ki, pakistanlı futbolçu fərdi məşqlər edir: “Daha çox fitnesdə gücləndirmə məşqləri edir. Zədəsi sağalıb, ağrıları yoxdur. Əzələlərini gücləndirməlidir. Daha sonra komanda ilə məşqlərə başlayacaq. Mövsüm onun üçün bitib, amma yavaş-yavaş düzəlir”.