Tennis üzrə “Böyük Dəbilqə” turnirlərinin beşqat qalibi, dünya reytinqinin keçmiş bir nömrəsi rusiyalı Mariya Şarapova İsveçrənin Davos şəhərində təşkil edilən forumda “The Stagwell” klub evində spiker funksiyasını yerinə yetirib. Rusiyanın ən titullu tennisçisi həmin tədbirdən şəkillərini paylaşıb.

Şarapova Rusiyanın ən titullu tennisçisidir. Karyerası ərzində Mariya 39 WTA titulu qazanıb (təklərdə 36). Bundan başqa o, WTA Final yarışında (2004) qalib olub. Şarapova həm də Federasiya Kubokunun qalibi (2008) və turnirin finalçısı (2015), təklərdə 2012 Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Shares: