Yunanıstanda yerli “Olimpiakos” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Radu Petresku idarə edəcək.

Baş hakimin köməkçiləri Radu Qinquleç və Mirça Mihail Qriqoriu olacaq. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək.

VAR-da Katalin Popa, AVAR-da Sebastian Koltesku əyləşəcək.

Avropa Liqasının Liqa mərhələsinin son turunun yanvarın 30-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Shares: