“Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubu Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaza tapşırılıb.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Burak bu postda Hakan Keleşi əvəzləyib.
Xatırladaq ki, Burak Yılmaz son olaraq “Kayserispor”un baş məşqçisi olub.