UEFA Avropa Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Olimpiakos”da Yusuf Yazıcının durumuna aydınlıq gəlib.

Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi sabah baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.

Zədə səbəbindən ötən ilin oktyabrından bəri yaşıl meydanlardan uzaq qalan 27 yaşlı pleymeyker hələlik yalnız fərdi məşqlərlə kifayətlənir. Bu səbəbdən baş məşqçi Xose Luis Mendilibar onu matçın iştirak ərizəsinə salmayıb.

Yeni transfer Bruno Onyemaeçi də qarşılaşmanın iştirak ərizəsində olmayacaq. Nigeriyalı müdafiəçi yalnız pley-off mərhələsindən heyətə salınacaq.

Qeyd edək ki, sabah Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Shares: