Fransanın PSJ klubunun 59 azarkeşi Almaniyada saxlanılıb.
Futbolinfo.az “RCM Sport”a istinadən xəbər verir ki, bu, Çempionlar Liqasında “Ştutqart”a qarşı keçiriləcək Liqa mərhələsinin 8-ci turunun oyunundan əvvəl baş verib.
Matç ərəfəsində komandaların fanatları arasında gərginlik yaranıb. Ciddi qarşıdurmaların qarşısını almaq üçün 59 tərəfdar saxlanılıb.
“Ştutqart” – PSJ görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.