Kişilər arasında həndbol üzrə dünya çempionatının növbəti oyun günü başa çatıb.
Futbolinfo.az xəbər verir ki, qeydə alınan nəticələr bunlardır:
31-ci yer uğrunda matç:
Qvineya – Kuba – 33:31 (16:16, 12:12, 5:3)
29-cu yer uğrunda matç:
Əlcəzair – Bəhreyn – 26:29 (18:17, 8:12)
27-ci yer uğrunda matç:
Küveyt – Yaponiya – 37:32 (17:16, 20:16)
25-ci yer uğrunda matç:
Polşa – ABŞ – 24:22 (11:13, 10:8, 3:1)
1/4 final:
Xorvatiya – Macarıstan – 31:30 (16:16, 13:14)
Fransa – Misir – 34:33 (18:14, 16:19)
Beləliklə, gərgin oyunlardan sonra Xorvatiya və Fransa yarımfinala yüksəlib. Digər iki yarımfinalçı bu gün məlum olacaq.
Həndbol üzrə dünya çempionatı yanvarın 14-dən fevralın 2-dək Xorvatiya, Norveç və Danimarkanın beş şəhərində keçirilir. Son dünya çempionları Danimarka millisidir.