“Red Bull” komandasının RB21 bolidi Formula 2 üzrə 2025-ci il mövsümünün başlaması ərəfəsində FİA-nın qəza testlərindən keçib. Bu barədə “Racingnews365” xəbər verir.
Nəşrin məlumatına görə, şassi tam sınaqdan keçirilib və yeni mövsüm üçün FIA tərəfindən təsdiqlənib. Bu, Avstriya komandasına dörd həftə ərzində Bəhreyndə sınaqdan keçməzdən əvvəl avtomobilin inkişafının digər aspektlərinə diqqət yetirməyə imkan verəcək.
Xatırladaq ki, 2024-cü il mövsümü başlamazdan əvvəl avtomobilin çəkisini azaltmaq üçün apardığı işlərə görə “Red Bull” şassisinin kraş-testlərdən keçə bilmədiyi barədə məlumat yayılmışdı. Sınaq zamanı şassinin burnu zərbənin qüvvəsini düzgün qəbul etmədiyinə görə monokok zədələnmişdi.