“Böyük Dəbilqə” turnirlərinin üçqat qalibi, dünyanın birinci raketkası Yannik Sinner yorğunluğuna görə çərşənbə günü İtaliya prezidenti Sercio Mattarellanın iqamətgahının yerləşdiyi Quirinale sarayına getməkdən imtina edib.

Yanvarın 29-da prezident tərəfindən rəsmi ziyafət təşkil ediləcək. Bu barədə Sinnerə yaxın mənbələrə istinadən ANSA məlumat yayıb.

İtaliya Prezidenti ilə ziyafət çərçivəsində italyan tennisçilər 2024-cü ildə qazandıqları uğurlara, xüsusən də “Devis Kuboku”nun növbəti tituluna və “Billie Jean King Cup” yarışında qələbəyə görə təltif olunacaqlar.

Qeyd edək ki, Avstraliya Açıq çempionatında qalib gəldikdən sonra Sinnerin özü də mərasimdə iştirakının alınmayacağını bildirmişdi.

Shares: