“Milan” Santyaqo Ximenesin transferi üçün ikinci dəfə cəhd edəcək. İlk təklifinə rədd cavabı alan “rossonyerlər” bugünkü oyunlardan sonra ümumi durumu dəyərləndirərək növbəti addımı atacaq.
Futbolinfo.az xəbər verir ki, “Feyenoord” 2022-ci ildə “Kruz Asul”dan 6 milyon avroya aldığı hücumçunu satmağın əleyhinə deyil. Amma onlar 23 yaşlı meksikalı üçün 50 milyon avro tələb edir. İtaliya klubu 2027-ci ilin yayınadək müqaviləsi olan oyunçu üçün 35-40 milyon xərcləmək niyyətindədir.
Milanlılar növbəti təklif üçün bu gün Çempionlar Liqasında reallaşacaq matçı gözləyir. Komanda ilk 8 yerdən birni tuta blsə, büdcəsini 25-35 milyon avro zənginləşdirəcək. Bu isə komandaya yaxşı forvard almağa iimkan verəcək. Əks halda, Ximenesin transferi üçün maliyyə yetməyəcək və İtaliya nəhəngi yünidən icarə variantlarını götür-qoy edəcək.
“Milan” hazırda Çempionlar Liqasında 6-cı pillədə qərarlaşıb. Komanda son oyununu Zaqrebdə “Dinamo”ya qarşı keçirəcək. Bu matçda hətta heç-heçə də “rossonyerlər”in birbaşa 1/8 finala yüksəlməsi üçün kifayət edə bilər.