“Sumqayıt”ın baş məşqçisi Vadim Kuramşın basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Neftçi” ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi. Ümumilikdə layiqli mübarizə apardıq. Görüşün müəyyən hissəsində “Neftçi” fərqi artırdı və sonadək bu fərq eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Rəqibin ehtiyat oyunçular skamyası genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Basketbolçularımız çalışsalar da, sonluğu gətirə bilmədilər”.

“Sumqayıt” – “Neftçi” görüşü “ağ-qaralar”ın 103:90 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

Shares: