Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 31-də Pula şəhərində Xorvatiya ilə qarşılaşacaq Azərbaycan millisi bu gün matçın keçiriləcəyi Dom Sportova “Mate Parlov” arenada ilk məşqini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, 90 dəqiqə davam edən hazırlıq prosesi zamanı futzalçılarımız taktiki tapşırıqları icra edib.
Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.