Renat Dadaşovun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı getdikcə artır.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücummu artıq klubu “Ankaragücü”də “qara siyahı”ya düşüb.

I Liqa təmsilçisi adı “Qarabağ” və “Neftçi” ilə birgə hallanan forvardla yolları ayırmağı planlaşdırır. Paytaxt klubu qış transfer dönəmində hücumun mərkəzinə yeni oyunçu cəlb etsə, Renat Dadaşov və digər ön xətt oyunçusu Riad Bajiçlə müqaviləyə xitam verəcək.

Qeyd edək ki, Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Shares: